“Tesla” bazar dəyərinə görə “Facebook”u geridə qoyub.

0
232

ABŞ-ın elektrikli avtomobil istehsalçısı – “Tesla” şirkəti bazar dəyərinə görə ölkənin texnologiya nəhəngi – “Facebook” sosial şəbəkəsini geridə qoyub.

 

TEREFSİZ.AZ saytı bu barədə “Fox News” telekanalına istinadən xəbər verir.

 

Məlumata görə, “Tesla” son günlər kapitallaşmasını 100 milyard ABŞ dolları məbləğində artıraraq 834 milyard dollara çatdırıb və bununda da ABŞ-ın 5-ci ən bahalı şirkəti olub. 6-cı yerdə qərarlaşmış “Facebook”un bazar dəyəri isə 643 milyard dollar təşkil edir.