Terefsiz.az saytı xəbər verir ki, Texasda hipermarketdə baş verən atışma nəticəsində ölənlərin sayı 19-a çatıb, 40 nəfər isə xəsarət alıb.
Bu barədə “NBC News” yazır.
Bir müddət öncə isə 18 nəfərin öldüyü, 20 nəfərin isə xəsarət aldığı bildirilirdi.
Xatırladaq ki, atışma El-Paso şəhərində “Walmart” mağazasında baş verib. Hadisənin 21 yaşlı Dallas sakini tərəfindən törədildiyi bildirilir.
Terefsiz.az