Teymur Musayev: “Gigiyenik tələblərə uyğun olan çimərliklərin rəsmi siyahısı tərtib olunacaq”

0
88

“Çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq bu ildə çimərliklərdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyət çərçivəsinə daxil olan bütün monitorinqlər həyata keçirilir və lazımi gigiyenik tədbirlər görülür”.

“TEREFSİZ.AZ” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir qeyd edib ki, yaxın vaxtlarda gigiyenik tələblərə uyğun olan çimərliklərin rəsmi siyahısı tərtib olunaraq ictimaiyyətə açıqlanacaq.

 

TEREFSİZ.AZ