Teymur Rəcəbov İddiaçılar Turnirini qələbə ilə başa vurub

0
167

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində sonuncu görüşünü keçirib.

“Terefsiz.az”ın məlumatına görə, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Görüş 33-cü gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.

terefsiz.az