Tısbağa ətindən kütləvi zəhərlənmə, 4 nəfər öldü

0
241

Madaqaskarın qərbində dəniz tısbağasının ətindən kütləvi zəhərlənmə olub.

Terefsiz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ətdən qidalanan 4 nəfər ölüb, azı 57 nəfər zəhərlənib. Ölənlərdən 2-si uşaqdır. Yox olma təhlükəsi ilə üz-üzə qalan dəniz tısbağasını ovlayan və ətini satışa təqdim edən balıqçı saxlanılıb.

Məlum olub ki, balıqçının özü də ətdən zəhərlənib. Tısbağa ətindən zəhərlənmə halı regionda birinci dəfə müşayiət edilir.

Hazırda bunun səbəbləri araşdırılır.