Tofiq Hacıyevin #SəndəMəndə adlı klipinin təqdimatı baş tutdu.

0
533

Dekabrın 16-sı şəhərin populyar məkanlarından birində gənc müğənni Tofiq Hacıyevin #SəndəMəndə adlı klipinin təqdimatı keçirilib.

Terefsiz.az xəbər verir ki, Tofiq Hacıyevin indiyə kimi bir neçə klipi işıq üzü görsə də, bu onun ilk klip təqdimatı idi. Ətrafına dostları və sənət yoldaşlarını yığan Tofiq yaradıcılığı haqqında danışanda, dəstək üçün ilk növbədə atasına borclu olduğunu bildirdi.

Oxuyucularımızın diqqətinə çatdıraq ki, mahnının sözləri Şəhriyar Ramazanzadə, musiqisi Flaminque Records, aranjemanı Orxan Bağırov , Həsən Heydar məxsusdur. Klipin rejissoru gənc və istedadlı Emin Muradov operatoru isə Murad Muradovdur.

Klipdə Tofiq Hacıyevin tərəf müqabili gənc və tanınmış tele-aparıcı Ulduz Bayramovadır.

müəllif: Xanım Əliyeva

TEREFSİZ.AZ