Tokio Olimpiya Oyunlarının vaxtı yenidən dəyişdirilə bilər

0
198

Bu il Tokioda keçirilməli olan, lakin koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunları iyulun 23-də start götürəcək. Təşkilat Komitəsinin rəhbəri Tosiro Muto Oyunların keçirilmə vaxtının yenidən  köçürülməsini təklif edib.

Bu barədə “TMZ Sports” yazır.

“Oyunların keçirilməsi ilə bağlı dəqiq cavab verə bilmirik”, – deyə Muto qeyd edib.

Bununla yanaşı, Təşkilat Komitəsi Olimpiadaya hazırlaşmaqda davam edir. Onun alternativi məsələsi hələlik qaldırılmır.

Həmçinin, hökumət oyunların mümkün ləğvi nəticəsində vurulacaq zərərin əvəzini ödəmək üçün bir neçə sığorta polisi ayırıb.