Tovuzda 13 yaşlı qız yaxşı oxumadığına görə özünü öldürmək istədi

0
175

Tovuz rayonunda 13 yaşlı qız özünü öldürmək istəyərkən xilas edilib.

Qafqazinfo-nun məlumatına görə, rayon sakini, 2007-ci təvəllüdlü X.M. özünü körpüdən Tovuz çayına atmaq istəyib.

O, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən xilas olunub.

İlkin ehtimala görə, X.M. dərslərini yaxşı oxumadığına görə ailəsi tərəfindən təzyiqə məruz qaldığı üçün bu yola əl atıb.

istinad:oxu.az