Tovuz rayonunda kütləvi dava qanla bitib.
“Terefsiz.az” “Report”a istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Mübahisə zəminində düşən kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Anar Tağıyev, 1983-cü il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nizami Vəliyev bıçaqlanıblar. Onlardan N.Vəliyev aldığı xəsarətdən dünyasını dəyişib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.
terefsiz.az