Toyuq əti alarkən ehtiyyatlı olun -Fotolar

0
260

“Compassion in World Farming” adlı  heyvanları mühafizə idarəsinin yayımladığı videoda ən çox istifadə etdiyimiz ərzaq olan toyuqlar haqda maraqlı fakt irəli sürülüb.

Terefsiz.az xarici mətbuata istinadən bildirir ki, əzələ xəstəliyinin göstəricisi olan bu xətlər fermada saxlanan toyuqların böyümə proseslərindən qaynaqlanır:

“Ağ cizgilər kimi əzələ xəstəliklərinin də spesifik səbəbi hələ də araşdırılır. Araşdırmaların çoxu toyuqların sürətli böyüdülməsi, çəkisinin artırılması və döş hissəsinin daha böyük olması ilə miopatiya adlanan əzələ xəstəliyi arasında əlaqə olduğunu göstərir”.

Araşdırma nəticəsində o da məlum olub ki, hazırda 285 toyuğun 96%- i bu xəstəliyə yoluxub. Qeyd edək ki, bu xəstəliyə yoluxmuş toyuqlardan daha çox “fast-food” və qablaşdırılmış məhsullarda istifadə olunur.