Donald Tramp
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, noyabrda keçiriləcək prezident seçkilərində qələbə qazanacağı təqdirdə İranla qısa müddətdə saziş bağlayacaq.
TEREFSİZ.AZ saytı “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri BƏƏ-nin xarici işlər naziri ilə görüşdə bildirib. “Görək, İranla nə olacaq. Düşünürəm ki, seçkilərdən bir həftə, ola bilsin bir ay sonra, amma çox qısa vaxt ərzində görəcəksiniz ki, İran gələcək və deyəcək ki, onlar saziş bağlamaq istəyirlər. Onlar saziş bağlamaq istəyirlər, amma onu məndən çox “Yuxulu Co” ilə (Trampın seçkilərdəki rəqibi Co Bayden-red.) bağlamaq istəyirlər, çünki mənim sazişim daha ədalətli olacaq.
Sadəcə gözləyin, seçkilər keçirilsin. Əgər biz udsaq, onda İranla saziş bağlayacağıq”, – jurnalistlərin suallarına cavabında Tramp deyib.
Terefsiz.az