Tramp 70 illik münaqişənin həlli üçün vasitəçilik təklif etdi

0
215

ABŞ prezidenti Donald Tramp mübahisəli region hesab edilən Kəşmir ətrafında vəziyyətin nizama salınmasında Hindistan və Pakistan arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu ifadə edib.

Terefsiz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Ağ Evin başçısı bu haqda Pakistanın baş naziri İmran Xanla görüşdən sonra jurnalistlərə bildirib.

“Mən iki həftə əvvəl Hindistanın baş naziri Narendra Modi ilə telefon söhbəti etdim və biz bu məsələni müzakirə etdik. Və o dedi: “Siz vasitəçi olmaq istəməzdiniz?” Mən soruşdum: “Nədə?” O dedi: “Kəşmir”. Əgər mən kömək edə bilərəmsə, onda vasitəçi olmaq istəyərdim”, – o deyib.

Onun sözlərinə görə, bu problemin uzun müddət – 70 il mövcud olmasına təəccüb edir. Prezident əminliyini ifadə edib ki, hər iki tərəf problemi həll etmək istəyir.