Tramp Çinlə ticarət danışıqlarını konstruktiv adlandırıb

0
272

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çinlə ticarət sazişi üzrə danışıqlar konstruktiv keçir.

Terefsiz.az xəbər verir ki, o, bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Mənimlə lider Si (Çzinpin-red) ilə arasında münasibətlər çox güclüdür və danışıqlar gələcəkdə davam edəcək”, – deyə Tramp yazıb.

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Çinlə bağlı rüsumlar tətbiq edib. Rüsumlar danışıqların nəticəsindən asılı olaraq ləğv edilə bilər.

Son günlər Birləşmiş Ştatlar və Çin arasında ticarət münasibətlərinin statusu haqqında açıq və konstruktiv danışıqlar aparılıb.

Daha əvvəl ABŞ prezidenti bildirib ki, Çin hökuməti ticarət danışıqları zamanı “ticarət sövdələşməsi”ni pozub.

İstinad: Report.az

Terefsiz.az