ABŞ prezidenti Donald Tramp növbəti dəfə dövlət başçısı seçiləcəyi təqdirdə gələcək planlarından danışıb.
Bu barədə Terefsiz.az “Washington Post”a istinadən xəbər verir.
Ağ Ev rəhbəri bildirib ki, o, ölkə büdcəsinin xərclərini azaltmaqniyyətindədir.
Tramp həmçinin bir sıra idarələri ləğv etmək istədiyini qeyd edib. O, vurğulayıb ki, bu, respublikaçıların Nümayəndələr Palatasına nəzarətinin qaytarılması ilə mümkün olacaq.
ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.