Tramp impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.

0
185

ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.

Terefsiz.az saytı xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün “Twitter”dəki səhifəsində yazıb.

“Mən hər gün daha çox bildikcə, o nəticəyə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (Konstitusiyaya-red), dini, silahlı qüvvələri, sərhəddə (Meksika ilə sərhədi-red) divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilən hüququ almaq üçün nəzərdə tutulmuş çevrilişdir”, – deyə o özünün “Twitter”dəki səhifəsində yazıb.

Terefsiz.az