Tramp Meksikanın razılaşmaq istədiyindən əmindir

0
290

Meksika höküməti Vaşinqtonla rüsumların tətbiq edilməsi və sərhəddə təhlükəsizlik məsələlərində razılaşmaq istəyir.

Terefsiz.az istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp İrlandiyanın baş naziri Leo Vardakar ilə danışıqlardan sonra deyib.

D.Tramp bildirib: “Bilirsiniz, Meksika razılaşmaq istəyir. Hazırda onların bütün nümayəndə heyəti, çox güman ki, bizimkilərlə danışıqlar üçün Ağ Evə gəlirlər. Mən düşünürəm ki, onlar nəsə etmək istəyir (red. – razılaşmaq üçün). Onlar önəmli insanlarını göndəriblər (red. – Vaşinqtona)”.

Qeyd edək ki, bu gün Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Mayk Pens və Meksikanın XİN rəhbəri Marsela Ebrard arasında danışıqlar keçiriləcək.

İstinad: Trend.az

Terefsiz.az