ABŞ prezidenti Donald Tramp Boliviya prezidenti Evo Moralesin istefasını alqışlayıb.
Bu barədə Terefsiz.az RİA “Novosti”yə istinadən xəbər verir.
Ağ Ev rəhbəri bildirib ki, bu, Nikaraquanın və Venesuelanın “qeyri-qanuni” hakimiyyətləri üçün əhəmiyyətli siqnaldır.
“Boliviya prezidenti Evo Moralesin dünənki istefası Qərb yarımkürəsində demokratiya üçün dönüş anı oldu”, – deyə Trampın Ağ Evdə yayılmış bəyanatında deyilir.
“Birləşmiş Ştatlar Boliviya xalqının azadlığa cəhdini, Boliviya hərbçilərinin isə yalnız bir insanı yox, həm də Boliviyanın konstitusiyasını müdafiə etməsini alqışlayır”, – deyə açıqlamada bildirilir.
“Bu hadisələr Venesuela və Nikaraquadakı qeyri-qanuni rejimlərə əhəmiyyətli siqnaldır ki, demokratiya və xalqın iradəsi həmişə qalib gələcək. İndi biz tamamilə demokratik, çiçəklənən və azad Qərb yarımkürəsinə bir addım daha yaxınıq”, – deyə ABŞ lideri fikirlərini yekunlaşdırıb.
istinad:report.az