Tramp: “Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac yoxdur”

0
179

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etməyəcək. Bu barədə Terefsiz.az saytı TASS-a istinadən xəbər verir.

Məlumata görə, ABŞ dövlət başçısı rəsmi Ankaraya qarşı yeni sanksiyaların tətbiq edilməsinə ehtiyac olmadığını deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dost və xüsusiyyətləri olan yaxşı lider adlandırıb.

“Mən prezident Ərdoğanı təbrik etmək istəyərdim, o mənim dostumdur və şadam ki, bizim problemlərimiz yaranmadı”, – Tramp əlavə edib.

“O düzgün hərəkət etdi və mən həqiqətən bunu qiymətləndirirəm”, – Ağ Evin sahibi qeyd edib.

Tramp bildirib ki, o, Ərdoğanın noyabrda Vaşinqtona səfərinə açıqdır.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Terefsiz.az