Trampı İranla müharibəyə təhrik edirlər

0
335

Trampı İranla müharibəyə təhrik edirlər

Terefsiz.az saytı xəbər verir ki, “Washington Post” qəzeti ABŞ prezidenti Donald Trampla onun administrasiyasından olan yüksək vəzifəli rəsmilər, o cümlədən, dövlət katibi Mayk Pompeo və təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında münaqişə yaşandığını yazır.

Məqaləyə görə, onlar Donald Trampı İranla açıq silahlı münaqişəyə təhrik edirlər, halbuki Tramp seçkiqabağı vədlərindən birində Birləşmiş Ştatları heç bir hərbi münaqişəyə cəlb etməyəcəyinə söz verib. Ağ Ev rəhbəri məsələnin diplomatik yolla həllinə üstünlük verir və İran liderləri ilə açıq dialoqa hazırdır.

Nəşrin administrasiyadan olan  mənbəyə istinadən verdiyi xəbərə görə, Tramp İrana qarşı hərbi kampaniyaya hazırlaşan Bolton və Mayk Pompeonun hərəkətlərindən qəzəblənib.

Terefsiz.az