Rusiyanın “Roskosmos” Dövlət Korporasiyası ABŞ-ın Ayın və digər planetlərin kommersiya mənimsənilməsi planlarını tənqid edib.
Bu barədə “İnterfaks” qurumun mətbuat xidmətinə istinadla xəbər verib.
Bildirilir ki, ayrı-ayrı ölkələrin “kosmosun işğalı” cəhdləri səmərəli əməkdaşlığa maneə törədir.
“Tarixdə bir ölkənin öz maraqları naminə əraziləri ələ keçirməyə qərar verməsi barədə nümunələr var və hər kəs bunun nə ilə nəticələndiyini xatırlayır”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, aprelin 6-da ABŞ Prezidenti Donald Tramp Ayda və digər səma cisimlərində olan ehtiyatların kommersiya məqsədilə mənimsənilməsinə icazə verən fərman imzalayıb.
istinad:oxu.az