Trampın ölümü, nüvə müharibəsi və Putin-Şoyqu görüşü xəbərləri niyə yayıldı? – Dünya 3-cü müharibəyə hazırlaşır?

0
200

Bir neçə gün öncə dünya miqyasında sosial mediada yayılan və gecəyarısı təşviş doğuran xəbərlərin qaynağı araşdırılır.

Terefsiz.az xəbər verir ki, mütəxəssislər bu addımı cəmiyyətin reaksiyasını ölçmək üçün təşkil olunmuş təxribat olaraq dəyərləndirir.

Dezinformasiyanın qığılcımı ABŞ-da alovlanmışdı. ABŞ prezidentinin köməkçisi Mayk Pensin səfərini ləğv edərək Ağ Evə geri qayıtması yalan xəbərlər ortaya çıxarmışdı. Sosial mediada Pensin qayıdışının prezident Donald Trampın səhhəti ilə əlaqədər olduğu yayılmışdı. ABŞ-dan rəsmi açıqlama verilsə də, xəbərlərin yayılmasına əngəl ola bilməmişdilər.

Həmin anda Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə təcili görüşməsi və Avropa İttifaqının toplanması III Dünya müharibəsi ssenarilərini yazmağa bəhanə verdi. Paylaşılan yüz minlərlə mesajda Trampın öldüyü, ABŞ-ın İrana hücum etdiyi, ABŞ-la Rusiya arasında nüvə müharibəsinin başladığı kimi iddialara yer verilmişdi. Əsassız iddialar hətta qapalı birjalara berlə təsir göstərmişdi.

Sosial media mütəxəssisləri hesab edir ki, iddialarda adı keçməyən və qlobal məsələlərlə birbaşa əlaqəsi olmayan ölkələrdə sosial media ilə bağlı qanunun olmaması gələcəkdə daha təhlükəli vəziyyət yaradacaq. Bu ölkələrin vətəndaşları daha təhlükəli istiqamətlərə yönlədnirilə biləcəklər.

Həmçinin bildirilir ki, bu tip manipulyasiya xəbərlər bütün dünyaya təsir göstərir. Belə təxribatları idarə etmək üçün sosial medianı müşahidə mərkəzi qurulmalı və dərhal cavab verilməlidir. Lakin ABŞ bunu etməyib. Məqsədli şəkildə xəbərlərin milyonlarla insana yayılmasına icazə verib. Hətta yaxın gələcəkdə daha böyük bir təxribat da gözləmək olar.

Belə təxribatlar supergüclərin toplumu maraqlandıran, toplumun hadisələr qarşısında reaksiyasını və davranışlarını ölçməyi təmin edən vasitəsinə çevrilib. Artıq gələcəyin mediası və sosial media bütün ictimai dəyərləri, ölçüləri bu vasitə ilə analiz edir. Bu bilgilər toplanır. Dövlətlər və siyasi partiyalar buradan öz kütlələrinə nəzarət edir və idarələri əllərinə alırlar. Ona görə də insanlar sosial medianın gücünün fərqində olmalı, yerində və zamanında istifadəsini öyrənməlidirlər.

Qeyd edək ki, son günlər baş verən hadisələr 20-ci əsrdə ABŞ-da yaşanan dezinformasiya müharibəsini xatırladıb. Belə ki, 1938-ci ildə Orson Wellesin axşam xəbərləri saatında “Dünyalar müharibəsi” adlı teatr tamaşası yayımlanmağa başalnıb. Amerikalılar tamaşanın təsiri ilə marslıların ABŞ-ı işğal ertdiyinə inanıb və küçələrə axışıb. Trampın ölümü və bənzər iddialar eyni nəticəni doğurmasa da, cəmiyyətin rahatlıqla istiqamətləndirilə billəcəyini, nəzarətə alınacağını göstərir.

İstinad: Publika.az

Terefsiz.az