ABŞ prezidenti Donald Trampın taxtadan düzəldilən heykəlini həyat yoldaşı Melanyanın vətəni – Sloveniyada yandırıblar.
AP xəbər verir ki, 8 metr hündürlüyü olan heykəl ötən il kənd ərazisində ucaldılıb.
Tramp göy kostyumda təsvir olunub, heykəlin ağzı isə açılıb-bağlanan olub.
Turistlərin marağına baxmayaraq kənd sakinlərinin bir çoxu heykəlin qoyulmasına etiraz bildirib.
Hazırda yerli polis yanğını törədənləri axtarır.