Transgender digər transgenderdən uşaq dünyaya gətirdi – FOTO

0
176

Böyük Britaniyada transgender kişi transgender qadının bioloji materialından hamilə qalıb.

Terefsiz.az-ın “The Mirror”un yaydıxı xəbərinə görə, ingilisin doğuş həkimi də transgender olub.

39 yaşlı Ruben Şarp 12 il əvvəl transgender olub. O həmişə uşaq sahibi olmaq istəyib, buna görə doğuş həyata keçirmək üçün altı il əvvəl mütəmadi testosteron qəbulunu dayandırıb.

Onun özünü orta cinsin nümayəndəsi, yəni, nə qadın, nə də kişi olaraq tanıdan 28 yaşındakı Cey adlı partnyoru sevgilisinin təşəbbüsünü dəstəkləyib.

Cütlük bir sperma bankına müraciət edərək transgender qadını donor seçib. Şarp üçüncü cəhddə süni mayalanma yolu ilə hamilə qala bilib.

Hamiləliyini müşayiət etmək üçün onlara lazımsız suallar verməsin deyə xüsusi olaraq, transgender həkim seçiblər.

Şarp üç ay əvvəl qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Lakin xoşbəxt valideynlər bu barədə yalnız indi danışmağa qərar veriblər. Şarp və Cey yeni doğulmuşa Ceyme adını qoyublar.

Onlar övladlarının cinsi seçimini öz öhdəsinə buraxacaqlar.

Cütlük 2020-ci ildə evlənməyə hazırlaşır.

istinad:oxu.az