Tülkü əvəzinə iki çobanı vurdu — Goranboyda qəribə hadisə

0
116
Goranboyda açılan atəş nəticəsində iki nəfər xəsarət alıb.

Terefsiz.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ağcakənd qəsəbəsi ərazisində baş verib.

Belə ki, yaylaqda saxladığı ev quşlarının arasına tülkünün girdiyini görən çoban – Kəlbəcər rayonundan məcburi köçkün, 1984-cü il təvəllüdlü Afət Həsənquliyev ona ov tüfəngindən atəş açıb. Atəş nəticəsində yaxınlıqdakı iki çoban – Telman Quliyev gözündən, İslam Əliyev isə bədəninin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.