Türkiyə ərazisinə Suriyadan raket zərbələri endirilib

0
1528

Türkiyənin Qaziantep və Kilis şəhərlərinə Suriyadan raket zərbələri endirilib.

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 5 raket atıb.

“Terefsiz.az” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri noyabrın 20-də Suriya və İraqın şimalında yeni anti-terror əməliyyatına başlayıb.

“Terrorçuların Qaziantepə hücumu nəticəsində 1 uşaq və 1 müəllim hadisə yerində həlak olub”.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaralılardan biri xəstəxanada dünyasını dəyişib: “Yaralılarımızın müalicəsi isə davam edir”.

Nazir söyləyib ki, raket mərmiləri məktəb ərazisinə də düşüb.

S.Soylu qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri xain hücuma sərt cavab verəcək.

“Terefsiz.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Kilis şəhərinə də 3 raket düşüb.

Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

terefsiz.az