Türkiyə hərbçiləri Suriyada terror aktında 17 nəfərin öldüyünü bildirdilər

0
173

Kürd yaraqlıları Suriyanın Ras əl-Ayn şəhərində minalanmış avtomobili partladıblar.

Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib ki, terror aktı nəticəsində 17 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

“PKK/YPG terror təşkilatı Fıratın şərqindəki mülki vətəndaşlara hücumlarını davam etdirir. Ras əl-Ayn şəhərindən qərbdə yerləşən Tell Xalif kəndində minalanmış avtomobilin partlaması nəticəsində 17 nəfər həlak olub, 20-dən çox insan yaralanıb”, – deyə nazirliyin məlumatında bildirilib.

terefsiz.az