Türkiyə NATO-ya üzvlüklə bağlı İsveçlə danışıqları iyunda davam etdirəcək

0
70

“Ankara nümayəndələri İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələri davam etdirmək üçün iyunda Stokholmdan olan həmkarları ilə görüşməyi planlaşdırırlar”.

“Terefsiz.az” xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Anadolu”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, İsveç Türkiyənin Alyansa üzvlüyünü ratifikasiya etmək üçün tələbləri hələ tam yerinə yetirməyib və Ankara bunu Stokholma dəfələrlə bəyan edib.

Kalın, İsveçdə iyun ayından etibarən yeni antiterror qanununun qüvvəyə minəcəyini və bunun Türkiyənin tələblərinin qarşılanmasında irəliləyiş olacağını sözlərinə əlavə etdi.

“İyunun 1-dək Stokholm bir sıra şərtləri yerinə yetirməlidir. “İsveç üzərinə düşəni etdi, indi növbə Türkiyədir, Türkiyə üzərinə düşəni etməlidir” kimi ifadələri doğru hesab etmirik. Bizim kriteriyalarımızın, tələblərimizin nədən ibarət olduğu bəllidir. Onların yerinə yetirilmə dərəcəsi rəqəmlə və faktiki olaraq asanlıqla yoxlanıla bilər”.

terefsiz.az