Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının daha 3 silahlısını zərərsizləşdirib. Beləliklə, əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 220-yə yüksəlib.
“TEREFSİZ.AZ” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, silahlılar aprelin 18-dən qonşu ölkənin üç bölgəsində davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib.
Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsinin aradan qaldırılması istiqamətində addımlarını davam etdirəcəyini vurğulayıb.
TƏRƏFSİZ.AZ