“Biz Azərbaycanlı qardaşlarımızın hüquqlarının və gələcəklərinin qurulmasında hər zaman yanında olacağıq”.
“Terefsiz.az” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi Cənubi Qafqazda daimi sülhün bərqərar olması üçün tarixi imkanlar pəncərəsi açıb. Türkiyə olaraq çox mühüm addımlar atdıq. Bölgədə ölkəmizlə də sıx bağlı olan nəqliyyat əlaqələrinin açılması region ölkələri üçün mühüm inkişaf olacaq”, – Ərdoğan deyib.