Türkiyə Prezidenti: “Qardaşım İlham Əliyev bizimlə bu sevincimizi bölüşür”

0
74

“Az əvvəl Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Özbəkistan Prezidenti Şevket Mirzoyeyov zəng ediblər. Onlar da bizimlə bu sevincimizi bölüşürlər”

“Terefsiz.az” xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.

O qeyd edib ki, bu gün Türkiyə əsrinin qapısı açılıb: “Qəlbi və gözü bizdə olan dostlarımızın ümidlərini birlikdə doğrultduq. Türk xalqı 28 mayda tarix yazdı. Qarşımızda 2024-cü il var. Həmin ildə İstanbulumuzu yenidən qazanmaq üçün çox çalışacağıq”.

Onun sözlərinə görə, bundan sonrakı əsas hədəf xalqın birliyinə sahib çıxmaqdır:

“Heç kim bu ölkənin qazanclarına göz dikə bilməz. Qardaş ölkə prezidentləri sevincimizi bizimlə bölüşürlər”.

terefsiz.az