Türkiyə və Rusiya ordusunun baş qərargah rəisləri arasında telefon danışığı olub

0
153

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Yaşar Gülerlə rusiyalı həmkarı, ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.

Terefsiz.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, hərbi rəsmilər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Məlumata görə, noyabrın 1-də Soçi görüşündə əldə edilən razılaşma çərçivəsində Rusiyadan ikinci hərbi heyət Ankaraya səfər edəcək.

Qeyd edək ki, noyabrın 1-dən Türkiyənin Mardin əyalətinin Kızıltepe və Nusaybin rayonlarının qarşısındakı Suriya ərazisində Türkiyə və Rusiya hərbçiləri birgə patrul xidməti həyata keçirməyə başlayıb.

terefsiz.az