Türkiyə XİN Avropa Parlamentinin Ermənistanla bağlı hesabatını əsassız adlandırıb

0
78

“Avropa Parlamenti 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı növbəti hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israr etdiyi görülməkdədir”.

“Terefsiz.az” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.

“Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur. Biz Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaqdansa, siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edirik”, – XİN rəsmisi vurğulayıb.

terefsiz.az