Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapan müddəalara uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhəri, Zabux və Sus kəndlərinin avqustun 26-da Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik. Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda bu addım Azərbaycan-Ermənistan münasibətlərinə də töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”, – bəyanatda deyilir.