Türkiyədə 90 kənd karantinə alınıb

0
120

Türkiyənin Bartın bölgəsində dabaq xəstəliyi səbəbindən 90 kənd karantinə alınıb.

“Terefsiz.az” yerli mediaya istinadən xəbər verir ki, kənddə heyvanların giriş-çıxışı və satışı müvəqqəti olaraq qadağan edilib.

Tədbirlər çərçivəsində Abdipaşa və Akçamescit heyvan bazarları da müvəqqəti bağlanıb.

Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi bölgədə inzibati və elmi tədbirlər görülərək peyvənd işlərinə başlanıldığını və tədbirlərə əməl etməyənlərə 46 min 159 lirə inzibati cərimə tətbiq ediləcəyini bildirib.

terefsiz.az