Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.
“Terefsiz.az” Türkiyə mətbuatına istinadən xəbər verir. xəbər verir ki, əyləci partlayan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.
Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.
Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb,25 nəfər yaralıdır onlardan 4-ünün vəziyyəti ağırdır.
Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının artdığını açıqlayıb. “Hadisə bütün təfərrüatları ilə araşdırılır, bütün ehtimallar dəyərləndiriləcək“, – Soylu bildirib.