Türkiyədə bir saatda 70 terrorçu saxlanıldı

0
222

Türkiyədə dörd vilayətdə İŞİD terror təşkilatı üzvlərinə qarşı yerli vaxtla səhər saat 05:00-da əməliyyat keçirilib. Əməliyyat bir saat davam edib.

Terefsiz.az -ın məlumatına görə, Adana Terrorla Mübarizə Şöbəsi və Kəşfiyyat İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində ikisi İraq, dördü Suriya vətəndaşı olan İŞİD üzvləri saxlanılıb.

Kayseridə keçirilən əməliyyatda isə doqquz İŞİD üzvü ələ keçib.

Saxlanılanların yaşadıqları mənzillərdən texnoloji avadanlıqlar, silahlar və müxtəlif sənədlər də götürülüb.

Batman əməliyyatında 22, paytaxt Ankarada keçirilən əməliyyat zamanı isə 33 İŞİD üzvü saxlanılıb.

Keçirilən əmliyyatlarda təhlükəsizlik orqanlarının 400 əməkdaşı iştirak edib.