Türkiyədə İsveçin NATO-ya üzvlüyü ilə bağlı dördtərəfli görüş keçirilib

0
89

Bu gün Türkiyədə İsveç, Finlandiya və NATO nümayəndə heyətlərinin iştirakı ilə dördtərəfli görüş keçirilib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Müzakirələrdə Türkiyəni Prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edib.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edərək, Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib.

Finlandiya bu ilin aprelində Alyansa rəsmi üzv olub.

Türkiyə İsveçin üzvlüyünü hələ ki, təsdiqləməyib.

Toplantıda İsveçin Alyansa üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb.

Detallar hələ ki, açıqlanmayıb.

terefsiz.az