Türkiyədə koronavirusa yoluxan bütün vətəndaşlar pulsuz müalicə ediləcək.
Bu barədə “Resmi Gazete” məlumat yayıb.
Qərara əsasən, bundan sonra xəstəxanaya yerləşdirilən şəxslərin sosial sığortasının olub-olmadığına baxılmayacaq.
Qeyd edək ki, bu günə qədər Türkiyədə koronavirusa 61049 yoluxma faktı qeydə alınıb.
Virusdan ölənlər 1296, sağalanlar isə 3957 nəfərdir.