Türkiyədə neçə ədəd “Bayraktar TB2” olduğu məlum oldu!

Baykar tərəfindən 2014-dən indiyə qədər istehsal edilən ümumi "Bayraktar TB2" sayı və nə qədər ixrac edildiyi bəlli oldu.

0
467

Türkiyənin ən böyük PUA(Pilotsuz Uçuş Aparatı) istehsalçısı olan Baykar, bu puaların döyüşlərdə əldə etdiyi uğurun arxasından bütün dünyada tanınan bir şirkətə çevrildi. Bu günə qədər Türkiyə daxili bazarı və ixrac üçün ümumilikdə nə qədər “Bayraktar TB2” istehsal etdiyi də bəlli oldu.

20-dən çox ölkəyə 96 ədəd “Bayraktar TB2” ixrac edildi!

İlk uçuşu 2014-cü ildə baş tutan “Bayraktar TB2” “PUA”-larından 8 illik müddət ərzində 300 ədəddən çox istehsal edildi. Bunların 96-sı isə sayı 20-ə çatan,lakin, hamısının adının bilinmədiyi ölkələrə ixrac edilir. Yəni Türkiyədə 200-dən çox TB2 mövcuddur.

Bundan əlavə, Baykar, Bayraktar AKINCI-nın prototip testlərini tamamladı və keçən il təhvil verdi. Əslində, İraq-ın Şimalındakı əməliyyatlarda TB2-lərlə birlikdə istifadə edildiyini göstərən videolar yayımlandı.

Digər yüksək keyfiyyətli PUA  istehsal şirkəti olan TUSAŞ, ANKA və AKSUNGUR-ları çatdırmağa davam edir. Əlbəttə, dəqiq sayı paylaşılmasa da, deyə bilərik ki, “Türkiyə Silahlı Qüvvələri”-nin ən az 30 “ANKA“-sı var və AKSUNGUR və onun variantlarının sayı da günü-gündən artır.

TUSAŞ-ın səsdən sürətli PUA-sı

Bundan əlavə, TUSAŞ Türkiyənin ilk səsdən sürətli PUA-nı hazırladığını açıqlayıb. Sürəti 1 Mach, qanad açıqlığı 80 sm, uzunluğu 270 sm olan bu hava apparatı AKINCI və AKSUNGUR kimi PUA platformalarından havaya qalxa bilir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, TürkiyəAvropanın ən böyük hərbi pilotsuz təyyarə sənayesidir. Dünya üzrə isə ilk 4-lükdədir,4-lüyün digər ölkələri isə ABŞ, İsrail və Çindir. Amma deyə bilərik ki, TB2-lər qiymət/performans baxımından bütün dünyada rəqibsizdir və müharibədə özünü sübut edir.

TB2 PUA xüsusiyyətləri
  • Rabitə diapazonu: <300 km
  • Kruiz – maksimum sürət: 70 düyün – 120 düyün
  • Faydalı yükləmə qabiliyyəti: 150 kq
  • Faydalı yük – ISR: dəyişdirilə bilən EO/IR/LD və ya çoxməqsədli AESA Radar
  • Faydalı yük – döyüş sursatı: 4 lazerlə idarə olunan ağıllı sursat
  • Yanacaq tutumu / növü: 300 Litr / benzin
  • Uçuş və eniş: Uçuş-enmə zolağı (Avtomatik)
  • Maksimum uçuş çəkisi: 700 kq
  • Efir vaxtı: 27 saat
  • Qanad genişliyi: 12 metr
  • Hündürlüyü: 2.2 metr
  • Uzunluğu: 6,5 metr
  • Mühərrik növü: 105 hp daxili yanma inyeksiya mühərriki
  • Əməliyyat – maksimum hündürlük: 18,000 fut – 25,000 fut

Xatırladaq ki,”BayraktarPUA-larından 2-ci Qarabağ müharibəsində ordumuz tərəfindən aktiv olaraq istifadə olunmuşdu və hal hazırda Ukrayna ordusunun da ölkəsini müdafiə etmək üçün bu PUA-lardan istifadə etdiyi sosial şəbəkələrdə paylaşılan görüntülərdən bəlli olmuşdu,hətta ukraynlarBayraktarPUA-ları üçün mahnı belə bəstələmişdi.

TEREFSIZ.AZ