Türkiyədə yaşı 20-dən az olanlara evdən çıxmaq qadağan edildi

0
136

Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirib.

“Anadolu” agentliyi bildirir ki, yeni məhdudiyyətlər barədə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində məlumat verib.

“Beləliklə, Türkiyənin 30 böyük şəhərində və Zonquldak vilayətində nəqliyyatın hərəkəti 15 gün müddətinə dayandırılacaq və zərurət yarandıqda bu müddət uzadıla bilər”, – deyə Ərdoğan bildirib.

Bundan savayı, ölkənin yaşı 20-dən az olan  sakinlərinə küçəyə çıxmaq qadağan edilib, ictimai yerlərdə isə vətəndaşlar mütləq tibbi maskalar taxmalıdırlar.

Ərdoğan qeyd edib ki, Türkiyə xəstəliyə hazırlıq səviyyəsinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır. Ölkə özü lazımi miqdarda maska, test dəstləri istehsal edir, həmçinin kifayət qədər həkimi var.

istinad:oxu.az