Türkiyədə yenidən güclü zəlzələ olub, bir nəfər ölüb, səkkiz nəfər yaralanıb

0
88

Türkiyənin cənub-şərqində baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

“Terefsiz.az” xəbər verir ki, bunu vitse-prezidenti Fuat Oktay Ankarada jurnalistlərə açıqlamasında deyib.

F.Oqtay onu da vurğulayıb ki, hazırda Türkiyənin Aralıq dənizi sahillərində sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

terefsiz.az