Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5 bal gücündə zəlzələ olub.
“TEREFSİZ.AZ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə 22:35-də baş verən yeraltı təkanın ocağı 18,89 km dərinlikdə olub.
Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.
TEREFSİZ.AZ