Türkiyə millisinin və “Fənərbaxça”nın keçmiş qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.
Terefsiz.az xəbər verir ki, bu barədə eks futbolçunun həyat yoldaşı məlumat paylaşıb.
O bildirib ki, veteran oyunçu COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
Futbolçunun xanımı qeyd edib ki, ailəliklə verdikləri testlərdə onun, qızının və oğlunun analizləri neqativ çıxsa da, Rüştüdə pozitiv olub.
Buna görə də o, xəstəxanaya yerləşdirilib.
istinad:oxu.az