Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib,hadisədə 12 nəfər həyatını itirib.
“Terefsiz.az” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.
Nazir qeyd edib ki, zəncirvari qəzada 31 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerinə 22 təcili yardım maşını cəlb edilib.
Qeyd edək ki, yük avtomobili əsgərləri yola salan izdihama çırpılıb. Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb.