Türkiyə lideri Suriya və İraqdakı vəziyyətlə bağlı Ağ evi tənqid edib

0
78

“Biz Suriya və İraqdakı yeni əməliyyatlar barədə nə Rusiya Prezidenti Vladimir Putin, nə də ABŞ Prezidenti Cozef Baydenlə danışdıq. Bizim bu regionda hər an oxşar addımları ata biləcəyimizi ikisi də bilir”.

“Terefsiz.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan Ağ evi sərt tənqid edib: “Biz NATO daxilində ABŞ-la müttəfiqik. Amma minlərlə nəqliyyat vasitəsini, silahı Suriyadakı terror bölgəsinə aparan ABŞ-dır. Bu, Barak Obamanın hakimiyyəti dövründən başlamış Donald Trampın dövründə də davam etmişdi. Həmin hadisələr, indi, Baydenin hakimiyyəti dövründə də təkrarlanır”.

“Bununla bağlı dəfələrlə həmkarlarıma mövqeyimi çatdırmışam. Əlbəttə, bir söz demirlər. Biz də lazım olanı özümüz elədik, eləməkdəyik, eləməyə davam edəcəyik”, – Türkiyə lideri vurğulayıb.

terefsiz.az