Türkiyə necə tələyə salınır? – Putinin yeni təklifinin arxasındakı ŞOK PLAN

0
236

ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarması niyyətindən (Pentaqon ötən gün Türkiyənin F-35 proqramında iştirakının məhdudlaşdırılması prosesinə başlayacaqlarını açıqlayıb -red.) istifadə edən Rusiya Ankaraya yeni təklif göndərib. Baş nazirin müdafiə sənayesi üzrə müşaviri Yuri Borisov bildirib ki, Türkiyəyə rus istehsalı döyüş təyyarələrinin tədarük edilməsini ehtiva edən bir razılaşma üçün görüşməyə hazırdırlar.

Bu durumda Türkiyənin NATO müttəfiqi ABŞ və hərbi müttəfiqi Rusiya arasında yenidən seçim qarşısında qalıb-qalmayacağı maraq dairəsindədir.

Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli  açıqlamasında bildirir ki, təyyarə almaq üçün ilk növbədə, pul lazımdır: “Rusiya təyyarələrinin ən ucuzu 35 milyon dollardır. Eləsi var, 50 milyon dollar qiyməti var. Türkiyə bu qədər pulu ödəmək imkanına malik deyil. Rusiya Türkiyəni sadəcə şirnikləndirməklə məşğuldur. S-400 sistemi Türkiyə xəzinəsindən 2,5 milyard dollar apardı. Bu gün Türkiyə bazarında pomidorun kilosu 11, kartofun kilosu 22 lirədir. Yəni insanlar bu ölkədə ən zəruri ərzaq ehtiyaclarını belə ala bilməmək imkanı ilə üz-üzə qalıb. Bu nöqteyi-nəzərdən, Rusiyanın niyyətinin baş tutmayacağını deyə bilərəm”.

Politoloq bildirib ki, Kremlin niyyəti əslində başqadır: “Rusiyanın əsas məqsədi Türkiyə ilə ABŞ-ı üz-üzə qoymaq, bu yolla NATO-nu parçalamaqdır. Proses Rusiyanın xeyrinə işləyir. Həm pul qazanır, həm də tarixi düşmənini zərərsizləşdirir. Bundan gözəl nə ola billər? Vladimir Putinin reytinqini qaldıran ən əsas amillərdən biri budur”.

Q.Hüseynli Türkiyənin çətin iqtisadi şəraitdə olduğunu, buna görə də ABŞ-a “acıq vermək” üçün belə olsa, Rusiyadan təyyarə ala bilməyəcəyini vurğulayıb: “Türkiyədə ixracatla idxalat arasındakı fərq 68 milyard dollardır. Yəni, Türkiyə hər il Beynəlxalq Valyuta Fondundan və ya digər yerlərdən borc götürməlidir. Pulu olmayan adam bazara girəndə ona heç bir dənə pomidor vermirlər, təyyarəmi verəcəklər?”

Qeyd edək ki, Rusiya Türkiyəyə 12 iyuldan etibarən S-400 zenit raket komplekslərini tədarük edir. Bu komplekslərin alınması ABŞ-ı dərindən narahat edir. Buan görə də Türkiyəni F-35 proqramından çıxarmaqla hədələyir.

İstinad: Publika.az

Terefsiz.az