Türkiyə ordusu Suriyada 1 qəsəbəni və 8 kəndi terrorçulardan təmizləyib.

0
156

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində Rasulayn bölgəsinin şərqindəki strateji əhəmiyyətə malik Darbasiyah qəsəbəsini PKK/YPG və İŞİD terrorçularından təmizləyib.

Terefsiz.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəsəbənin nəzarət altına alınması ilə YPG-yə göndərilən istənilən yardımların yolu kəsilib.

Əməliyyat zamanı həmçinin Tel Abyad və Rasulayn bölgələrinin 8 kəndi terrorçulardan azad olunub.

Terefsiz.az