Türkiyə regionda Aİ-yə bənzər modelin tətbiqini təklif edir

0
105

“Türkiyə, Gürcüstan və Azərbaycan bölgədə çox mühüm tərəfdaş ölkələrdir. Bizim əsas məqsədimiz digər qonşuları cəlb etmək və Avropa İttifaqının bir hissəsi olmaq istəyən ölkələrin kiçik birliyini yaratmaqdır”.

“TEREFSİZ.AZ” xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Tbilisidə keçirilən Türkiyə-Gürcüstan biznes forumunda çıxışında deyib.

Onun sözlərinə görə, Gürcüstan da Türkiyə kimi Avropa ölkəsidir: “Hesab edirəm ki, biz – Türkiyə və Gürcüstan Avropa İttifaqının üzvü olmağa layiqiq. Üzvlüyü gözlədiyimiz zaman bu modeli ölkələrimizdə inkişaf etdirib tətbiqinə başlamalıyıq. Biz ölkələrimiz arasında sərhədləri aradan götürməklə bu prosesə artıq başlamışıq. Bizim vətəndaşlar pasport və vizasız qarşılıqlı səfərlər edə bilirlər, ölkələrimiz arasında azad ticarət var. Bizim üçün ən əsası bir-birimizə daha çox firavanlıq gətirməkdir”.

TEREFSİZ.AZ