Türkiyə səfiri : “Bunun adı qardaş köməyidir”

0
99

Türkiyənin respublikamızdakı səfiri Cahit Bağçı Azərbaycanın amfibiya tipli təyyarəsinin Muğladakı yanğınlarla mübarizəyə yardımını qardaş köməyi adlandırıb.

“Terefsiz.az” xəbər verir ki,bu barədə səfir “Twitter“ hesabında yazıb.

“Bunun adı qardaş köməyidir“, – səfir sosial şəbəkə hesabında vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Dünən səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

TEREFSİZ.AZ