Türkiyə ABŞ tərəfinin təhdidlərinə baxmayaraq, Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini istifadə etmək niyyətindədir.
Terefsiz.az -ın məlumatına əsasən, bu barədə Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Dəmir bildirib.
“S-400-ü alıb istifadə etməmək məntiqli deyil. İstismara rusiyalı heyət cəlb edilməyəcək, bu sistemlər NATO üçün təhlükə daşımır”, – deyə o, “CNN Turk” telekanalının efirində bildirib.
O əlavə edib ki, Türkiyə ABŞ-la ziddiyyəti aradan qaldırmaq üçün Amerikanın “Patriot” kompleksini özünə əlverişli şərtlər daxilində almağa və Rusiyanın ZRK ilə yanaşı istifadə etməyə hazırdır.
Xatırladaq ki, ABŞ-ın xarici işlər üzrə senat komitəsinin rəhbəri Cim Riş rəsmi Ankaranın qısa müddət ərzində Rusiyanın S-400-nə dair qərar qəbul etdiyi təqdirdə, Amerika senatorlarının Türkiyəyə qarşı sanksiya layihəsini geri götürəcəyini bildirmişdi.